DTX tərəfindən saxlanılan Məqsəd Bağırov və Kamran Bilalov nədə ittiham olunur? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə keçirdiyi canlı yayımlarla tanınan "Çevik" ləqəbli Məqsəd Bağırov bu dəfə gündəmə saxlanılması ilə gəlib.
Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Məqsəd Bağırov və Kamran Bilalov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Onlara Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham elan edilib.
Bəs bu maddə ilə saxlanılan şəxsləri hansı cəza gözləyir?
Hüquqşünas Zaur Quliyevin sözlərinə görə, həmin maddənin tətbiqinə əsasən, bu kimi əməlləri törədənləri 8 min manatdan 12 min manatadək cərimə, 2 ilədək islah işləri və ya 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir:
"Əməl radikal motivlərlə və ya zorakılıqla törədildikdə isə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər".
#Həbs qərarı teqi istifadə olunub
- Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV
- "Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI
- "Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV
- Kubanın sabiq lideri bir sıra qətllərdə ittiham edilir
- KMBİ MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri ifşa etdi - Baku TV
