Pleyeri seçin:

Əhməd törətdiyi faciəni danışdı | Dəhşətli detallar

13 iyun 2024 586 baxış

Bakıda baş verən dəhşətli cinayət hadisəsinin ilkin istintaqı tamamlanıb.

İkisi azyaşlı olmaqla beş ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi sübut edilib.

Təqsirləndirilən şəxsin psixoloji vəziyyətinin onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermədiyi aydın olub. Rəyə əsasən, Əhməd hadisəni törətdikdən dərhal sonra şübhəli şəxs qismində müstəntiqə ifadə verib, ailəsini öldürməsindən danışıb.

“Qafqazinfo” Əhmədin həmin ifadəsini əldə edib. İstintaqla Əhmədin uşaqlıqdan psixoloji durumunun normal olmadığı, şizofreniyadan əziyyət çəkdiyi sübut edilib. Əhməd orta məktəbdə 9-cu sinfə kimi təhsil alıb, hərbi xidmətə yararsız hesab edilib. Amma yaxınlarının köməkliyi ilə Moskva şəhərində hansısa universitetdə ali təhsil alıb.

“Məni ailədən saymırdılar, buna görə nifrət hissi yaranmışdı”, – deyə ifadəsində bildirən Əhməd ailə üzvlərini öldürməsinin səbəbini onu ailədən saymamaları, diqqət göstərməmələri ilə əlaqələndirib. Dediyinə görə, ailəsi ona ayrıca ev alıb, həmin evdə tək yaşayırmış. Tək yaşadığı üçün ailəsi ilə normal münasibəti olmayıb.

Amma hadisə günü atası onu evə gətiribmiş. Atası Mehman Əhmədov səhər yeməyi hazırlayan vaxt Əhməd qəfil onu öldürmək fikrinə düşüb:

“Evdə atam və mən var idim. Birdən ağlıma gəldi ki, onu öldürüm. Mətbəxdən bıçağı götürüb bir neçə dəfə zərbə vurdum. Öləndən sonra isə onun avtomobilinin açarını götürüb aşağı düşdüm. Bundan sonra maşına minib birbaşa bacım Elmiranın evinə getdim. Suraxanı rayonunda yaşayırdı. Elmira qapını açan kimi əlimdəki bıçaqla onu da öldürdüm”.

Qarşısına bütün ailəsini öldürmək məqsədi qoyan Əhməd azyaşlı bacısı qızını da eyni üsulla həyatından edib. Bundan sonra o, bıçaqları meyitlərin yanına atıb, avtomobillə atasını öldürdüyü evə qayıdıb. Əhməd evin həyətindəki marketdən siqaret almaq istəsə də, satıcı əlinin qanlı olduğunu görüb ona siqaret verməyib. Mağazadan çıxdıqdan sonra isə anası ilə qardaşı Məhəmmədin evə gəldiyini görüb.

Əhməd həmin vaxt yaxınlıqdakı mağazadan 20 manata balta alıb, onları da elə məhz bu balta ilə öldürüb:

“Balta ilə əvvəl anamı, sonra da qardaşımı öldürdüm. İşimi bitirdikdən sonra baltanı evin şkafında gizlədib aşağı düşdüm. Həmin vaxt ərazidə polis əməkdaşları var idi. Özümü şübhəli apardığım üçün məni tutdular. Atam, anam və bacımın məni ailədən saymamaları, diqqət göstərməmələri, ayrı yaşamaq istəmələri məndə onlara qarşı nifrət yaratmışdı.

Qardaşımın və bacım qızının da gələcəkdə valideynləri kimi olacağını düşündüyüm üçün onları da öldürdüm ki, rahatlıq tapım. Bundan əlavə, daxilimdən gələn səs də onları öldürməli olduğumu deyirdi”.

Əhməd anasını öldürərkən qonşuluqdakı qadın şahid olub. Əhməd qadını təhqir edərək yaxın durmamasını deyib. Qonşu qadın evə qaçaraq polisə məlumat verib. Zərərçəkmiş şəxslərdən birinin yaxınının istintaqa verdiyi ifadəsində bir məqam da diqqət çəkir. İfadədə deyilir ki, hadisə baş verən gün atası Əhmədi Mərdəkanda yerləşən reabilitasiya mərkəzinə aparacaqmış. Oğlu ilə də bu səbəbdən görüşübmüş.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 586 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 586 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 586 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 586 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 586 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 586 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 586 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 586 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 586 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 586 baxış
Seçilmişlər
icon