Ər arvadını balta ilə yaraladı | "Mənim nə günahım var"
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranın Mamutsa kəndində tükürpərdici hadisə baş verib.
Belə ki, kənd sakini 69 yaşlı Şahəddin Məlikov həyat yoldaşı 72 yaşlı Xanımqız Məlikovaya balta ilə zərbələr endirib.
Şahəddin Məlikov daha sonra isə sonra özünə xəsarət yetirib. Hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər X.Məlikovaya başın kəsilmiş yarası, sol mil sümüyünün qəlpəli sınığı, Ş.Məlikova isə hər iki saidin, döş qəfəsinin, boyunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.
Yaxınları ər-arvad arasında dəfələrlə ailə münaqişəsi olduğunu bildirib. Hətta 3 gün bundan əvvəl Şahəddin Məlikov həyat yoldaşını öldürməklə hədələyib.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Şahəddin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
#Lənkəran rayonu teqi istifadə olunub
- 16 yaşlı Emili kimlər dəhşətli şəkildə döydü? - “Süni nəfəs veriblər, halı çox ağırdır” - Baku TV
- Toyuq kəsimi müəssisəsi ilə bağlı nələr üzə çıxdı? - Baku TV CANLI
- "Təhlükəlidir, uçub gedir" | Yolda dəhşətli vəziyyətin səbəbi: "Bunun qarşısı alınmasa..." - Baku TV
- “Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?
- Lənkəranda illərdir suyun altında qalmış palıd meşəsi ortaya çıxdı
