Ərini bıçaqla qətlə yetirən qadına hökm oxundu
Yeniliklərdən dərhal xəbərdar olun
2022-ci ilin yanvarın 30-da 32 yaşlı Elşən Hadızadə aldığı bıçaq yarasından dünyasını dəyişib. Şübhəli şəxs qismində mərhumun arvadı 31 yaşlı Gülnar Vəlizadə saxlanılıb.
İstintaqla müəyyən edilib ki, yanvarın 29-da Elşən Hadızadə təpiklə uşağın beşiyini vurub sındırıb. Səhəri gün beşiyin təmir etdirilməsi ilə əlaqədar aralarında baş vermiş münaqişə zamanı əri tərəfindən döyülən Gülnar Vəlizadə mətbəx bıçağı ilə Elşən Hadızadənin sinəsinə bir dəfə zərbə endirib. Sonra əməlindən peşman olub, bir neçə dəfə Təcili Tibbi Yardım stansiyasına zəng etsə də, yoldaşı buna etiraz edərək, yardımdan imtina edib. Hadisədən təxminən 4 saat sonra xəstəxanaya çatdırılan zərərçəkən həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib. Məhkəmə iclasında Gülnar Vəlizadə ittiham üzrə özünü qismən təqsirli bilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülnar Vəlizadə 9 il müddətinə azadlıqdan məhrum olunub.
#Cinayət teqi istifadə olunub
- "Səbəbsiz olmayıb ki..." | Bakıda kişi niyə qəsdən qonşusunun üzərindən maşınla keçdi? - Baku TV
- Bakıda qandonduran qətl | "Anası və övladlarının gözü qarşısında..." - Baku TV
- Qırğızıstanda yeni qanun layihəsi ictimai müzakirəyə çıxarılıb
- Azyaşlının törətdiyi cinayətə görə günahkar kimdir? - "Uşaq elə filmlərə baxmamalıdır" - Baku TV
- Onlar təhlükədir, yoxsa gələcəyimiz? | Azyaşlı cinayətkarların gizli psixologiyası - Baku TV
