Pleyeri seçin:

Əsgərlikdən boyun qaçıranlar ifşa edildi | Baş Prokurorluq məlumat yaydı

15 oktyabr 2024 359 baxış

Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı mübarizə davam etdirilir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd olunub ki, həyata keçirilən kəsərli tədbirlər çərçivəsində, 2024-cü ilin oktyabr ayınadək olan dövr ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi (Baş İdarə), eləcə də tabe rayon (şəhər) prokurorluqları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) ayrı-ayrı vəzifəli şəxsləri və vətəndaşlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işlərinin ibtidai istintaqı aparılıb və həmin şəxslər məhkəmə məsuliyyətinə verilib.

Belə ki, Baş İdarədə qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları üzrə SHXÇDX-dən daxil olmuş 29 material üzrə araşdırma aparılıb. Bundan başqa, Baş İdarənin “161 Qaynar xətt” əlaqə mərkəzindən daxil olmuş məlumatlar və vətəndaş müraciətləri əsasında 33 material üzrə araşdırma aparılıb.

Bundan başqa, qeyd olunan dövr ərzində müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı tabe rayon (şəhər) prokurorluqlarında araşdırmalar aparılıb, nəticədə 56 cinayət işi başlanıb, 448 nəfər hərbi xidmətə göndərilməsi üçün aidiyyəti üzrə SHXÇDX-yə təqdim edilib.

Həmçinin 2024-cü ilin oktyabr ayınadək olan müddət ərzində Hərbi prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində SHXÇDX-nin ayrı-ayrı vəzifəli şəxsləri və əməkdaşları barəsində 3 cinayət işi başlanaraq ibtidai istintaq aparılır, aşkarlanan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 5 əməkdaşı barəsində təqdimat verilib.

Hərbi xidmətə çağırış sahəsində qanunsuzluqlara qarşı mübarizə tədbirləri bundan sonra da aidiyyəti dövlət orqanları ilə birgə davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaq.

Yevlaxda dəhşətli hadisə | 63 yaşlı kişinin faciəvi ölümü - Baku TV

Yevlaxda dəhşətli hadisə | 63 yaşlı kişinin faciəvi ölümü - Baku TV

Hadisə
11 mart 2026 359 baxış
Mingəçevirdə müəmmalı hadisə | Müəllim evində ölü tapıldı - Baku TV

Mingəçevirdə müəmmalı hadisə | Müəllim evində ölü tapıldı - Baku TV

Hadisə
10 mart 2026 359 baxış
Kürdəmirdə dördotaqlı ev yanaraq külə döndü - Baku TV

Kürdəmirdə dördotaqlı ev yanaraq külə döndü - Baku TV

Hadisə
10 mart 2026 359 baxış
Avtobusda cibgirlik etdiyi an kameraya düşdü - Baku TV

Avtobusda cibgirlik etdiyi an kameraya düşdü - Baku TV

Hadisə
09 mart 2026 359 baxış
“Almanı ona görə tüpürüb sildi ki..." - Bazarda ürəkbulandıran əməli ört-basdır edirlər? - Baku TV

“Almanı ona görə tüpürüb sildi ki..." - Bazarda ürəkbulandıran əməli ört-basdır edirlər? - Baku TV

Hadisə
09 mart 2026 359 baxış
2 uşaq anasının faciəvi ölümü | "Süst halda idi, gördük ki, oturduğu yerdə..." - Baku TV

2 uşaq anasının faciəvi ölümü | "Süst halda idi, gördük ki, oturduğu yerdə..." - Baku TV

Hadisə
09 mart 2026 359 baxış
Mingəçevirdə bədbəxt hadisə | Kirayənişin qaldığı evdə öldü - Baku TV

Mingəçevirdə bədbəxt hadisə | Kirayənişin qaldığı evdə öldü - Baku TV

Hadisə
09 mart 2026 359 baxış
Masazırda qadını elektrik cərəyanı vurdu - Baku TV

Masazırda qadını elektrik cərəyanı vurdu - Baku TV

Hadisə
08 mart 2026 359 baxış
Stomatoloqa gedən vətəndaş sağlam dişlərini itirdi? - Baku TV

Stomatoloqa gedən vətəndaş sağlam dişlərini itirdi? - Baku TV

Hadisə
08 mart 2026 359 baxış
"Qazı açmaqdan ev yanmağa başladı" | “Azəriqaz” əməkdaşları yanğına səbəb oldu? - Baku TV

"Qazı açmaqdan ev yanmağa başladı" | “Azəriqaz” əməkdaşları yanğına səbəb oldu? - Baku TV

Hadisə
08 mart 2026 359 baxış
Seçilmişlər
icon