Evakuatorla narkotik daşımağa cəhd edən şəxslər ifşa edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Masallı rayonu ərazisində xüsusi əməliyyat tədbirləri keçirərək, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş külli miqdarda narkotik vasitəni Bakıya çatdırmaq istəyən şəxsləri ifşa edib. 27 yaşlı Elsun Əzizli və 29 yaşlı Qadir Xandadaşlı diqqət çəkməmək üçün qeyri-adi bir üsula əl atıblar: əvvəlcədən gizlədilmiş yerdən götürdükləri 16 kiloqram marixuananı Qadir Xandadaşlıya məxsus avtomobilə yerləşdirdikdən sonra, nəqliyyat vasitəsinin guya xarab olması görüntüsünü yaradaraq evakuator xidmətinə müraciət ediblər. Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşları onların cinayət niyyətini aşkar edərək hər iki şəxsi saxlayıblar. Faktla bağlı cinayət işi başlanılıb və təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
#Masallı teqi istifadə olunub
- Masallıda sakinlər pay torpaqlarının saxta sənədlərlə satıldığını iddia edirlər - Baku TV
- Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət - KƏNDİNƏ QAYIT
- Kimya dərsi şagird üçün xəstəxanada bitdi - 24 SAAT
- “Sıçrayıb uşağımın üstünə, şərləyirlər ki...” | Məktəbdə qorxunc hadisə: günahkar kimdir? - Baku TV
- Şagird zədələndi, valideyn müəllimi günahlandırdı | Məktəbdə nə baş verdi? - Baku TV CANLI
