Evə basqın edən şəxs polisə atəş açdı, sonra isə… | Bakıda dəhşətli hadisə
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisində evə basqın edən şəxsin zərərsizləşdirilməsi ilə nəticələnən hadisənin bəzi detalları üzə çıxıb.
Hadisə saat 21 radələrində Abay Kunanbayev küçəsində baş verib. İlkin məlumatlara əsasən, cinayətkarlar saat 21:00 radələrində evin qarşısında gözləyiblər, hava qaraldıqdan sonra isə mənzilə daxil olublar. Silahlı şəxs ev sahibinin başına silah dayayaraq 30 milyon dollar tələb edib.
Evdə baş verənləri kameradan izləyən ailə üzvlərindən biri polisə zəng edib və əraziyə dərhal polis qüvəlləri cəlb olunub.
Çağırış üzrə əraziyə gələn polis əməkdaşları dəfələrlə şübhəli şəxsə xəbərdarlıq edib və yerə uzanmasını tələb ediblər. Lakin həmin şəxs atəş açaraq müqavimət göstərib. Bunu görən polis əməkdaşları əks-atəş açaraq cinayətkarı zərərsizləşdirib.
#Silahlı insident teqi istifadə olunub
- Pakistan sərhədində insidentlə bağlı tərəflərdən fərqli açıqlamalar
- Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV
- Ağdaşdakı silahlı insidentin təfərrüatları məlum oldu - Baku TV CANLI
- Miçiqanda baş verən silahlı insident beş nəfərin ölümü ilə nəticələnib
- "İdrak"da müəllimə atəş açan şagird məhkəmədə | Hadisənin detalları üzə çıxdı - Baku TV
