Pleyeri seçin:

Əvvəl stəkanla iş yoldaşını öldürdü, sonra... | Bakıda tükürpərdən hadisə

18 oktyabr 2025 353 baxış

İş yoldaşını stəkanla vuraraq qətlə yetirməkdə təqsirləndirilən Möhsün Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkən Bahadur Tağıyevin həyat yoldaşı ifadə verib.

O, təqsirləndiriləni tanımadığını deyərək həyat yoldaşını itirdikdən sonra ailəsinin həm maddi, həm də mənəvi cəhətdən pis vəziyyətə düşdüyünü məhkəmə heyətinin diqqətinə çatdırıb.

Məhkəmədə şahid kimi ifadə verən təqsirləndirilənin iş yoldaşlarının sözlərinə görə, Bahaduru müəssisənin həyətində, konteynerin yaxınlığında başı qan içində, lakin sağ vəziyyətdə görüblər. Onlar Bahadurla maraqlandıqda o, yıxıldığını bildirib. Daha sonra hadisə barədə təcili tibbi yardıma məlumat verilib. Həkimlər yarım saatdan sonra hadisə yerinə çatsalar da, o artıq dünyasını dəyişib.

İstintaq materiallarına əsasən, Möhsün Abdullayev və Bahadur Tağıyev çay içərkən mübahisə ediblər. Bu zaman Möhsün əlindəki stəkanla Bahadurun başına bir neçə zərbə endirib, daha sonra yumruq və təpiklə vurmağa davam edib. B.Tağıyev aldığı xəsarətlərdən müəssisənin həyətində dünyasını dəyişib.

Qeyd edək ki, 55 yaşlı Möhsün Abdullayev 1997-ci ildə zorlama cinayətinə görə 8 il məhkum olunub. Bu dəfə isə iş yoldaşını qəsdən öldürməkdə təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, növbəti məhkəmə prosesi oktyabrın 24-nə təyin edilib.

Banner
Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Hadisə
28 oktyabr 2026 353 baxış
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 353 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 353 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 353 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 353 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 353 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 353 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 353 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 353 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 353 baxış
Seçilmişlər
icon