Pleyeri seçin:

Eyni anda iki dostla birlikdə olan qadını əri necə tutdu? - SONUNCU ŞAHİD

30 mart 2024 266 baxış

Kişi həyat yoldaşı ilə sevgili olan dostunu öldürdü.

Belə ki, Fərhad (Adlar şərtidir) 8 il sonra Bakıya gəlir və tələbəlik dostu Coşqunla görüşür. Fərhad axşamüstü qayıtmalı olduğunu bildirsə də, Coşqun ona “şəhəri gəzməyə, dərdləşməyə vaxtın tapılar” deyir və qoluna girərək şəhərə aparır.

Doğrudanmı Fərhad Bakıya yalnız tələbəlik dostu Coşqunu görmək üçün gəlib, yoxsa səfərinin başqa məqsədi var?

Coşqun və Fərhad əvvəlcə tələbəlik illərində tez-tez görüşdükləri parka gəlirlər. Universitet illərini, başlarına gələn hadisələri, keçən günləri xatırlayırlar. Coşqun şəhərdə hər şeyin dəyişdiyini, Bakıda vaxtın uçub getdiyini deyir və Fərhadın rayonda vəziyyətini soruşanda Fərhad “hər şey yaxşıdır”, “mən xoşbəxtəm” kimi qısa kəlmələrlə cavab verir.

Sonra onlar maşınla dəniz kənarına gedirlər. Coşqun darıxanda tez-tez bu yerlərə gəldiyini, gəmilərə baxaraq həyatını düşündüyünü deyir. Atasının ölümü, özünün indiyədək ailə qurmaması, həyatın daha da çətin olması haqda gileylənir. Fərhad ona təsəlli verir, hər şeyin hələ irəlidə olduğunu deyir və birlikdə nahar etməyi təklif edir.

Məhkəmədə dindirilən Fərhad kafeyə getmək təklifini orada spirtli içki içmək məqsədinin daşıdığını və bunu əməlini daha cəsarətli törətmək üçün etdiyini bildirib.

Beləliklə, onlar şəhər kafelərindən birinə nahar etməyə gəlirlər. Yemək zamanı spirtli içki qəbul edirlər. Coşqun Fərhada münasibətdə olduğu bir qadın haqqında danışır. Bu zaman Fərhadın ağlına həyat yoldaşı İlahə düşür. Aqressivləşməyinə baxmayaraq, əsəblərini cilovlaya bilir. Bu, onların arasında yaranan gərginliyin başlanğıcı olur.

Onlar kafedən sərxoş çıxıb küçədə gəzirlər. Fərhad sözünü demək üçün cəsarət toplayır. Bu vaxt Coşqun artıq vaxtın gec olduğunu və sağollaşmaq lazım olduğunu deyir. Amma Fərhad “gəl, gedək bir çay içək, sonra” deyir, qolundan yapışaraq ən yaxın çayxanaya aparır.

Çayxanada təsadüfdən onlardan başqa heç kim olmur. Əvvəlcə Fərhad zəng etmək üçün Coşqundan telefonunu istəyir. Coşqunun üz ifadəsi gərginləşsə də, bunun sadə bir xahiş olduğunu zənn edərək telefonunu Fərhada uzadır. Fərhad həyat yoldaşı İlahənin nömrəsini tapır, ona zəng edir və telefona cavab verən İlahə “hə, sevgilim” deyir. Coşqunun əl-ayağı əsməyə başlayır, ağlına gələn ilk sözlərlə özünü müdafiə etməyə çalışaraq bunun İlahə ilə tələbəlik illərindən qalan zarafat olduğunu deyir. Hər şeyin səhv olduğunu bilən və bunu demək üçün Bakıya gələn Fərhad əsəblərini cilovlaya bilmir, süfrədəki çaydanı Coşqunun başına vurur. Coşqun hadisə yerində qanitirmədən həyatını itirir.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 266 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 266 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 266 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 266 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 266 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 266 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 266 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 266 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 266 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 266 baxış
Seçilmişlər
icon