FHN-dən məlumat: Buzovnada əl qumbarası və mərmi aşkarlandı
Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı bir ədəd “F-1” əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 58 ədəd 7,62x39 mm-lik və 25 ədəd 7,62x54 mm-lik mərmi olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
#Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Küləkli hava ilə bağlı xəbərdarlıq | Bunlara diqqət edin
- FHN-dən küləkli hava ilə bağlı əhaliyə vacib xəbərdarlıq - Baku TV
- Nərimanovda binada güclü yanğın baş verdi | Əməkdaşımız hadisə yerində - Baku TV
- FHN-dən məsciddə baş verən qorxulu yanğınla bağlı vacib məlumat - Baku TV CANLI
- Dənizdə növbəti faciə | FHN hadisə yerində - 24 SAAT
