FHN görüntülər yaydı: Daşkəsəndə yanğına təcili müdaxilə
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Daşkəsən şəhəri ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Daşkəsən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisindəki generatorda qısaqapanma nəticəsində qatı tüstülənmənin baş verdiyi və məntəqə üçün təhlükənin yarandığı müəyyən olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində tüstülənmənin qarşısı qısa müddətdə alınaraq böyük fəsadların yaranmasına imkan verilməyib və yanğınsöndürmə məntəqəsi mümkün yanğın-partlayış təhlükəsindən qorunub.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV
- Bakıda yaşayış binasında dəhşətə gətirən yanğın baş verdi - Baku TV CANLI
- Bakıda yaşayış binasında qorxulu anlar yaşandı | Hadisə yerindən görüntülər - Baku TV
