FHN qeyri-sabit havanın yaratdığı fəsadlara görə tədbirlərə başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, yağan intensiv yağışlarla əlaqədar Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi və Göygöl rayonunun Aşıqlı kəndində fərdi yaşayış evlərinin zirzəmiləri və həyətyanı sahələri subasmaya məruz qalıb.
Daxil olan məlumatlar əsasında həmin ərazilərə cəlb edilən qurumun Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.
Bundan əlavə, paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində çoxmənzilli yaşayış binasının dam örtüyündə və Sumqayıt şəhəri, 45-ci məhəllədə yaşayış binasının fasadında küləyin təsirindən dəmir parçalarının qopması və ətrafdakı insanlar üçün təhlükə yaratması barədə məlumat daxil olub.
Qurumun Xüsusi Riskli Xilasetmə Xidməti və Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
#Qeyri-sabit hava teqi istifadə olunub
- Paytaxt və bölgələrdə sabah fərqli hava şəraiti müşahidə olunacaq - Baku TV CANLI
- Güclü küləkdə bu yerlərdən uzaq durun | FHN-dən əhaliyə müraciət - Baku TV
- FHN-dən vacib çağırış: Bu havada çölə çıxarkən diqqətli olun - Baku TV
- Həftəsonu üçün səfər planlaşdıran sürücülərə BDYPİ-dən vacib müraciət - Baku TV
- Dənizkənarı məkanlarda müştəri durğunluğu müşahidə olunur - Baku TV
