Pleyeri seçin:
FHN Tərtərdə əhalini seldən xilas etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 30-da axşam saatlarında respublikanın bəzi ərazilərinə güclü yağış yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Tərtər rayonunun Ağkənd, Dəmirçilər və Həsənqaya kəndlərinə yağan intensiv yağışlar səbəbindən fərdi evlərin və həyətyanı sahələrin, kənd yollarının subasmaya məruz qalması barədə məlumat daxil olub.
Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri cəlb olunub.
FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, həmçinin ərazini tərk etməkdə çətinlik çəkən şəxslərin təxliyəsi həyata keçirilib.
Kopyalandı
#Tərtər teqi istifadə olunub
- "İki ay əvvəl işığı, qazı özüm çəkmişdim" | Tərtərdə ər və arvadın ölümü ilə bitən dəhşətli hadisə
- Qəbiristanlıqda baş verənlər sakinlərin narazılığına səbəb oldu - Baku TV CANLI
- Qəbiristanlıqdan dəhşətə gətirən görüntülər | "Qəbirlərlə nə işiniz var sizin?!" - Baku TV
- Tərtərdə 48 yaşlı kişi arı sancması nəticəsində dünyasını dəyişdi - Baku TV
- Qardaşların sonunu gətirən faciəvi qəza | Goranboy sakini hər şeyi danışdı - Baku TV
