Gədəbəydə dəhşətli hadisənin şahidi danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Gədəbəydə qadın ərini bıçaqlayıb. Hadisə Məhəmməd Əmin Rəsulzadə küçəsində, Sənurə Bayramovaya məxsus evdə baş verib.
İki ilə yaxındır rayonun Daryur kəndindən köçərək bu evdə kirayə qalan 34 yaşlı Taryel Musayev həyat yoldaşı 31 yaşlı Səyidə Musayeva tərəfindən bıçaqlanıb.
Ev sahibi Sənurə Bayramova hadisənin təfərrüatlarını Baku TV-yə danışıb.
“Qadın hadisə yerindən qaçmışdı, onu görmədim. Oğlan dedi ki, yazışmasını tutdum. Ondan sonra məni bıçaqladı”, – deyə hadisə şahidi qeyd edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olub. Hadisəni törətməkdə şübhəli bilinən Səyidə Musayeva saxlanılıb. Yaralı Taryel Musayev ilkin tibbi yardımdan sonra Gəncəyə, Abbas Səhət adına xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.
#Gədəbəy teqi istifadə olunub
- "Sarsaq adamın sözünə inanarlarmı?!" | 34 il əvvəl Gədəbəy sakinini öz oğlu öldürüb? - Baku TV
- Gədəbəydə qandonduran hadisə | Dəhşətli detallar illər sonra üzə çıxdı? - Baku TV CANLI
- Gədəbəydə yağış yağdı, dolu düşdü
- "Evi yıxan da arvad olur" | Bu kənddə oxumayana qız vermirlər - KƏNDİNƏ QAYIT
- Gədəbəydə ailə münaqişəsi faciə ilə bitdi
