“Gəlib eşitdim ki...” | Qonşu Beşdəlidəki qanlı ailə münaqişəsi barədə nələri danışdı?
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonunun Beşdəli kəndində qeydə alınıb.
Kənd sakini, 1957-ci il təvəllüdlü Rəvan Hüseynov həyat yoldaşı, 1964-cü il təvəllüdlü Aidə Hüseynova və gəlini, 1983-cü il təvəllüdlü Lətafət Hüseynovanı bıçaqlayıb.
“İşdən gəlib eşitdim ki, bu hadisə baş verib. Kişinin psixoloji problemi yox idi. Birinci həyat yoldaşını bıçaqlayıb. Sonra, yəqin ki, qayınatasına mane olmaq üçün araya girdiyi üçün gəlin də bıçaqlanıb”, – deyə qonşu Məzahir Məcidov hadisə barədə danışarkən deyib.
Yaralılar bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
TƏBİB-dən bildirilib ki, 26 iyun saat 04:50 radələrində kəsilmiş-deşilmiş xəsarətlərlə iki nəfər Sabirabad rayon sakinləri Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
61 yaşlı qadına döş qəfəsinin açıq yarası diaqnozu təyin edilib və əməliyyata alınıb, 42 yaşlı qadına isə sol qolun kəsilmiş yarası diaqnozu təyin edilib. Ona zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
#Sabirabad rayonu teqi istifadə olunub
- Sabirabadda ağır qəza | Ölən və yaralananlar var - Baku TV
- "Yazsalar ki, cərimə 500 manatdır..." - Bu küçədə nəfəs almaq mümkün deyil - Baku TV
- Sabirabad heyvan satışı bazarı yenidən alıcı və satıcıların xidmətindədir - Baku TV
- Nazir Məcnun Məmmədov taxıl biçini prosesinin gedişi ilə yaxından maraqlandı - Baku TV
- Kür çayında suyun səviyyəsinin artması kənd sakinlərinə ciddi ziyan vurdu - Baku TV
