Pleyeri seçin:

Gəncə sakini keçmiş həyat yoldaşını amansızlıqla qətlə yetirdi

17 avqust 2023 108 baxış

Səhər saatlarında Gəncə şəhərinin 3-cü mikrorayon, ev 9 ünvanındakı binanın 1-ci girişində meyit olması barədə polisə məlumat daxil olur.

Hadisə yerinə gələn əməliyyatçılar binanın üçüncü mərtəbəsindəki pilləkanlarda bütün bədəni qana bulaşmış və qarnına bıçaq sancılmış vəziyyətdə qadın cəsədi ilə qarşılaşıblar.

Müəyyən olunur ki, qətlə yetirilən şəxs həmin binada yaşayan Bayramova Aytən Adil qızıdır. Bu ərəfədə istintaq qrupuna qətli törədən şəxsin polisə könüllü təslim olması barədə məlumat daxil olur. Onun Aytən Bayramovadan bir neçə ay əvvəl rəsmi boşanan keçmiş həyat yoldaşı Elxan Cəfərov olduğu bildirilir.

Saxlanılan şəxs ifadəsində keçmiş həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini etiraf edir. Bildirir ki, hadisə baş verən gün əslində Aytəni öldürmək fikri olmayıb. Sadəcə onu izlədiyi zaman şahidi olduqlarına görə xəbərdar etmək üçün qadının yaşadığı ünvana gəlib. Aralarında yaranan mübahisədən sonra Elxan keçmiş həyat yoldaşı Aytəni 17 bıçaq zərbəsi ilə qətlə yetirir.

Elxan Cəfərov bundan sonra hadisə yerini tərk edərək bazara, anasının işlədiyi yerə gəlib ona belə bir qətl törətdiyini bildirir. Könüllü olaraq bazarın sahə müvəkkilinə yaxınlaşır və törətdiyi cinayəti etiraf edir.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Cəfərov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 108 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 108 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 108 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 108 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 108 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 108 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 108 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 108 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 108 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 108 baxış
Seçilmişlər
icon