Gəncədə ailə münaqişəsi | Övlad yaralandı
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə ailədaxili mübahisə azyaşlının xəsarət almasına səbəb olub.
Hadisə şəhərin Şahsevənlər küçəsində yerləşən evlərdən birində baş verib.
Məlumata görə, İlham İsrafilov həyat yoldaşı Könül İsrafilova ilə mübahisə edib. Ata və ananın dalaşdığını görən 12 yaşlı Aysu onları ayırmağa cəhd edib. Ancaq münaqişənin qarşısını almağa çalışarkən 2 bıçaq zərbəsi alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Həyat yoldaşı ilə mübahisə zamanı övladına xəsarət yetirməkdə şübhəli bilinən ata saxlanılaraq istintaqa təhvil verilib. Xəsarət alan Aysu isə xəstəxanaya çatdırılıb.
Xəstəxanadan bildirilib ki, hər iki bud nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə müraciət edən Aysu İsrafilliyə ilkin yardım göstərilib. Müalicəsinin davamı üçün ev şəraitinə buraxılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
#Gəncə teqi istifadə olunub
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
- Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI
