Gəncədə dəhşətli hadisə | 25 yaşlı gənci küçədə bıçaqladılar - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə 25 yaşlı gənc bıçaqlanaraq qətlə yetirilib.
Hadisə fevralın 2-si gecə saatlarında şəhərin Mikayıl Müşfiq küçəsinin 1-ci döngəsində baş verib. 25 yaşlı Röyal Məmmədov yaşadığı evin yaxınlığında tanışı ilə yaranan mübahisə zamanı ağır bıçaq xəsarətləri alıb.
Yaralı yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Gəncə Şəhər Prokurorluğundan bildirilib ki, ilkin araşdırmalar zamanı cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Murad Hacıyev cinayət işi üzrə şübhəli şəxs qismində tutulub. Hazırda fakt üzrə ibtidai istintaq davam etdirilir.
#Gəncə teqi istifadə olunub
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
- Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI
