Gəncədə doğuş üçün xəstəxanaya gətirilən ana dünyasını dəyişdi
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə ana ölümü baş verib.
Martın 27-də Perinatal Mərkəzdə qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən Tərtər sakini, 31 yaşlı Günel Həsənova aprelin 1-də Abbas Səhhət adına Xəstəxananın Reanimasiya şöbəsində həyatını itirib.
“Bizə dedilər ki, hər şey yaxşıdır. Sonra bizim xəbərimiz olmadan qızımın daxili orqanlarını pis günə qoydular. Başqa yerə aparmaq istəyəndə bizi aldatdılar ki, narahat olmayın, xəstəniz yaxşı olacaq”, – mərhumun atası deyib.
İlk hamiləliyi olan Günel Həsənova 1 kiloqram 300 qram çəkidə qız uşağı dünyaya gətirib. Bir gün sonra – martın 28-də halı pisləşən ana yenidən əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq, kəskin ürək-ağciyər çatışmazlığı diaqnozu ilə ölüm qeydə alınıb.
Qadının dünyaya gətirdiyi uşağın vəziyyətinin ağır olduğu bildirilir. Körpə süni tənəffüs aparatına qoşulub, yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alır.
#Gəncə teqi istifadə olunub
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
- Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI
