Gəncədə faciə ilə bitən davanın detalları | Ölən və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə tanışlar arasında baş verən insident ölümlə nəticələnib.
Hadisə aprelin 28-i axşam saatlarında şəhərin mərkəzi hissələrindən birində qeydə alınıb.
Belə ki, ərazidə yerləşən iaşə obyektlərinin birində söhbət edən üç nəfər arasında başlayan mübahisə nəticəsində iki nəfər ağır bıçaq xəsarətləri alıb.
Onlar dərhal Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Döş qəfəsinin sağ tərəfinin daxilə keçən hissəsinin kəsilmiş-deşilmiş yarası, divar aralığının yaralanması diaqnozu təyin edilən 1995-ci il təvəllüdlü Eyyub Talıbov reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb.
Digər yaralı 31 yaşlı Osman Nağıyevin müalicəsi davam etdirilir.
Həyatını itirən şəxsi qətlə yetirməkdə təqsirləndirilən 29 yaşlı Alim Quliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
#Gəncə teqi istifadə olunub
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
- Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI
