Pleyeri seçin:
Gəncədə güclü yanğın | FHN hadisə yerində
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə yanğın baş verib. Hadisə Məmmədrza Şeyxzamanov küçəsində yerləşən fərdi qarajda qeydə alınıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 10 m² olan qarajın içərisinə yığılmış istifadəyə yararsız ev əşyaları yanıb. Yaxınlıqdakı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin binası və digər qarajlar yanğından mühafizə edilib.
Kopyalandı
#Gəncə teqi istifadə olunub
- Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
