Gəncədə kişinin sonu görənləri dəhşətə gətirdi | "Heç kimlə işi yox idi, amma..." - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə fərdi yaşayış evində baş verən yanğın bir nəfərin ölümü ilə nəticələnib. Hadisə martın 26-da səhər saatlarında şəhərin Ələkbər Seyfi küçəsində qeydə alınıb.
Evində tək yaşayan 65 yaşlı Zaur Məmmədov naməlum səbəbdən başlayan yanğın nəticəsində tüstüdən boğularaq həyatını itirib.
Qonşulardan birinin verdiyi məlumata görə, mərhum bir müddət əvvəl insult keçirdiyi üçün sərbəst hərəkət edə bilmirmiş:
“Qonşunun zəngi ilə hadisədən xəbər tutdum. Sakit adam idi, heç kimlə işi olmazdı. İnsult keçirdiyi üçün yeriyə bilmirdi. Ehtimal ki, yanğın siqaretdən olub”.
Ölən şəxsin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
#Gəncə teqi istifadə olunub
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
- Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI
