Gəncədə məktəbdə qətlə yetirilən şagirdin qardaşı təfərrüatları danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 23-də Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin qarşısında qətlə yetirilib.
Qətli törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Fərid Şabanov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb olunub.
Mərhumun qardaşı Ramal Rəhimov hadisənin təfərrüatı barədə Baku TV-yə danışıb.
“Kamera görüntülərinə də baxmışam. Pilləkənlə yuxarı qalxanda qardaşımla rastlaşırlar, Fərid ona çiyni ilə vurur. Daha sonra ətraflarına adam yığılır. Sonra da biri qardaşımı tutur, Fərid də vurur”, – o deyib.
R.Rəhimovun sözlərinə görə, qardaşı ilə F.Şabanov arasında əvvəllər də mübahisələr olub: “Bu barədə məktəb rəhbərliyi tərəfindən valideynlərə məlumat vermilmişdi. Uşaqlara da ciddi xəbərdarlıq edilmişdi. Artıq bir-birinə olan kini bitirmişdilər”.
Mərhumun qardaşı onu da söyləyib ki, nə özü, nə də ailəsi qarşı tərəfi bağışlamaq fikrindədir.
#Gəncə şəhəri teqi istifadə olunub
- "SOCAR Petroleum"un Gəncədəki obyektində 43 nəfərin iştirakı ilə təlim keçirilib - Baku TV
- Gəncədəki bu tikililər sakinləri niyə təngə gətirib? - Baku TV CANLI
- Tarixi missiyanı həyata keçirmiş gəncəlilər | “O, tək-tük siyasi xadimlərdəndir ki...” - Baku TV
- Gəncədə yeni marşrut xətləri sakinlərin narazılığına səbəb oldu - Baku TV
- Ermənilər onları hədəfə alıb | Rubinyandan Gəncəyə hücumla bağlı açıqlama
