Gəncədə şagirdlər arasında mübahisə qanla bitdi | DİN-dən təcili məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə məktəblilər arasında qanla bitən insident yaşanıb.
Dalaşan yeniyetmələrdən biri digərinin kürəyinə bıçaqla xəsarət yetirib.
Hadisə şəhərin Sadıllı qəsəbəsində yerləşən 17 saylı tam orta məktəbin həyətində qeydə alınıb.
Sözügedən məktəbin 10-cu sinif şagirdi olan 2008-ci il təvəllüdlü Raul İbrahimov bıçaqlanma diaqnozu ilə Gəncə Şəhər Birləşmiş xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, keçirilmiş tədbirlərlə R.İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin 2007-ci il təvəllüdlü Suliddin İsayev olması müəyyən edilib.
Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.
#Gəncə şəhəri teqi istifadə olunub
- "SOCAR Petroleum"un Gəncədəki obyektində 43 nəfərin iştirakı ilə təlim keçirilib - Baku TV
- Gəncədəki bu tikililər sakinləri niyə təngə gətirib? - Baku TV CANLI
- Tarixi missiyanı həyata keçirmiş gəncəlilər | “O, tək-tük siyasi xadimlərdəndir ki...” - Baku TV
- Gəncədə yeni marşrut xətləri sakinlərin narazılığına səbəb oldu - Baku TV
- Ermənilər onları hədəfə alıb | Rubinyandan Gəncəyə hücumla bağlı açıqlama
