Gəncədə təhlükəli anlar | Avtoxuliqanlıq edən gənclər cəzalandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, şəhər sakini Şərif Şərifov özünə məxsus “BMW” markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, təhlükəli manevrlər edib. Sürücü barəsində toplanan material aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bundan başqa, monitorinqlər zamanı bir qrup gəncin müxtəlif markalı avtomobillərlə, qanunla qadağan edilməsinə baxmayaraq, səs siqnalından istifadə və avtomobilə konstruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.
Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
#Gəncə şəhəri teqi istifadə olunub
- "SOCAR Petroleum"un Gəncədəki obyektində 43 nəfərin iştirakı ilə təlim keçirilib - Baku TV
- Gəncədəki bu tikililər sakinləri niyə təngə gətirib? - Baku TV CANLI
- Tarixi missiyanı həyata keçirmiş gəncəlilər | “O, tək-tük siyasi xadimlərdəndir ki...” - Baku TV
- Gəncədə yeni marşrut xətləri sakinlərin narazılığına səbəb oldu - Baku TV
- Ermənilər onları hədəfə alıb | Rubinyandan Gəncəyə hücumla bağlı açıqlama
