Gəncədəki yanğının təfərrüatı məlum oldu | Yataqxananın 4 mərtəbəsi yandı
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində 5 mərtəbəli yataqxana binasında yanğın olub.
Belə ki, Gəncə şəhər Atatürk prospektində yerləşən 5 mərtəbəli binanın 3-cü və 4-cü mərtəbəsinin eyvanları və 1 otağı içərisində əşyaları ilə birgə yanıb.
“Evdə uzanmışdım, bir də gördüm tüstüdə boğuluram. Qışqırıq səsini eşitdim, oğlum düşdü ikinci mərtəbəyə. Alov yuxarı çıxdı, hamımız tökülüşdük. Çox qorxdum, hələ də bu dəqiqə əsirəm”, – zərərçəkən deyib.
Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 7 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülərək digər mərtəbələr yanğından mühafizə olunub.
Hadisə zamanı 3-cü mərtəbənin 15 kvadratmetr sahəsi, 4-cü mərtəbənin isə 10 kvadratmetr sahəsi yanıb. Həmçinin 16 nəfər təxliyə edilib. Onlardan bir neçə nəfərin halı pisləşib, tüstüdən zəhərlənmə olub. Onlara tibbi yardım göstərilib. Yanğının başvermə səbəbləri araşdırılır.
#Gəncə teqi istifadə olunub
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
- Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI
