“Girib hamısını məhv ediblər” | Kürdəmir sakini dəhşətli hücumdan danışdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirin Ərşəli kəndində canavarlar fərdi təsərrüfata hücum edib.
Yırtıcılar kənd sakini Nofəl Qurbanova məxsus 10 baş xırdabuynuzlu heyvanı öldürüb, 5 baş heyvanı isə ağır yaralayıb.
“Həyətdə iki it olub. Onlara belə məhəl qoymadan tövləyə girərək heyvanları məhv ediblər. Artıq 3-cü dəfədir ki, kəndimizdə canavar hücumu baş verir. Evdə körpə uşaqlar var, həyətə düşüb oynayırlar. Onları da tutsa, kim cavab verəcək?!”, – deyə zərərçəkən bildirib.
Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Ərşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Bağırov isə bildirib ki, canavarların hücumu ilə bağlı Rayon İcra Hakimiyyətinə və rayon hüquq-mühafizə orqanlarına məlumat verilib. Ərazi nəzarətə götürülüb, yırtıcıların ərazidən uzaqlaşdırılması istiqamətində yaxın vaxtlarda zəruri işlərin həyata keçrilməsi nəzərdə tutulur.
#Kürdəmir teqi istifadə olunub
- Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV
- Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV CANLI
- Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI
