Gömrük əməkdaşları həbs edildi: ölkəyə nə gətirirdilər?
Yeniliklərdən dərhal xəbərdar olun
“Sədərək” postundan rüşvətlə dərman keçirilməsinə görə 2 gömrük əməkdaşı həbs olunub.
Naxçıvan Muxtar Respublika Prokurorluğu məlumatı təsdiqləyib.
Bildirilir ki, “Sədərək” gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyədən ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda başlanan cinayət işi üzrə istitaq davam etdirilir.
Həmin cinayət işi üzrə Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun iki əməkdaşı təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlar barəsində Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi, külli miqdarda törədildikdə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma maddələri ilə ittiham elan olunub.
Məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda ibtidai istintaq davam etdirilir.
#Naxçıvan Muxtar Respublikası teqi istifadə olunub
- Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı
- “Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV
- Ölkənin müxtəlif bölgələrində qəhrəmanların xatirəsi ehtiramla yad edildi - Baku TV
- Naxçıvanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılır - Baku TV
- Körpəni öldürdü, meyiti tualetin quyusuna atdı | Naxçıvanda dəhşətli cinayət - 24 SAAT
