Hadisə
Pleyeri seçin:
Gördüm ki, partladı, dişlərimiz də yandı | Ailə yaşadıqları dəhşəti danışdı
Cəlilabad rayonunun Həziabad kəndində Məmmədovlara məxsus ümumi sahəsi 196 kvadratmetr olan ikimərtəbəli 8 otaqlı ev yanıb.
Hadisə nəticəsində evin bütün əşyaları, o cümlədən şəxsi sənədlər yanaraq kül olub.
“Yatmışdım, yuxudan ayılıb gördüm ki, otaqdan alov çıxıb, təndir kimi yanır. Bu boyda imarətimin hamısı yanıb kül oldu. Dişlərimiz də yandı, heç biri yoxdur”, – ev sahibi deyib.
Qeyd edək ki, yanğının qonşu evlərə keçmə ehtimalı olsa da, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının elektrik cərəyanında yaranan nasazlıqdan qaynaqlandığı ehtimal edilir.
Kopyalandı
Seçilmişlər