Göygöldə toydan qayıdarkən qəza | Ölən və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Göygöl rayon Üçtəpə kəndində ağır yol-nəqliyyat hadisəsi olub.
Toy mərasimindən qayıdan avtomobil karvanında olan nəqliyyat vasitələrindən biri digər avtomobillə toqquşub.
Xəsarət alanlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar. Tibbi yardımlara baxmayaraq, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan biri – 1998-ci il təvəllüdlü Cavid Mürsəlovun həyatını xilas etmək mümkün olmayıb. Digər xəsarət alan şəxslər – 1998-ci il təvəllüdlü Ruslan Rüstəmov və 22 yaşlı Ələkbər Orucovun müalicəsi davam etdirilir.
Qeyd edək ki, toy mərasimindən qayıdan şəxslərin olduğu BMW markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Zərbənin gücündən nəqliyyat vasitəsində olanlardan birinin avtomobildən çıxaraq bir neçə metr kənara düşdüyü bildirilib. Faktla bağlı araşdırma aparılır.
#Göygöl teqi istifadə olunub
- Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV
- Göygöldə qandonduran qətl | İki uşaq anası qısqanclığa görə qətlə yetirildi? - Baku TV
- Göygöldə keçirilən III Moruq Festivalından maraqlı anlar - Baku TV
- Göygöl rayonunda III Moruq Festivalı təşkil olunub | Sərgidə nələr nümayiş edildi? - Baku TV
- "Camaat nə qədər taksiyə pul versin?!" - Əhali narazıdır | "6-dan sonra avtobus tapılmır" - Baku TV
