Güclü külək fəsadlar törətdi
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 21-də ölkənin cənub bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti fəsadlara yol açıb.
Masallıda 5-7 dəqiqə davam edən güclü yağış, dolu ilə gələn küləkli hava şəraiti kənd təsərrüfatına, tikililərə, evlərə ziyan vurub. Leysan yağış nəticəsində rayonun Təzə Alvadı kəndində 30-a yaxın evin dam örtüyü zədələnib, 5 ev isə yaşayış üçün yararsız vəziyyətə düşüb.
Güclü külək və yağış əkin sahələri, elektrik təsərrüfatına da ziyan vurub, kəndə elektrik enerjisinin verilişi dayandırılıb. Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri sözügedən əraziyə baş çəkib. Leysan yağış və külək nəticəsində baş vermiş dağıntıların siyahıya alınmasına başlanılıb.
Qeyd edək ki, yağış, dolu ilə müşayiət olunan güclü külək Cəlilabad və Biləsuvar rayonlarında da fəsadlar törədib.
#Masallı teqi istifadə olunub
- Masallıda sakinlər pay torpaqlarının saxta sənədlərlə satıldığını iddia edirlər - Baku TV
- Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət - KƏNDİNƏ QAYIT
- Kimya dərsi şagird üçün xəstəxanada bitdi - 24 SAAT
- “Sıçrayıb uşağımın üstünə, şərləyirlər ki...” | Məktəbdə qorxunc hadisə: günahkar kimdir? - Baku TV
- Şagird zədələndi, valideyn müəllimi günahlandırdı | Məktəbdə nə baş verdi? - Baku TV CANLI
