Hacıqabulda güclü yanğın | Çay evini alov bürüdü
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabulda çay evi yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, İ.Qayıbov küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli obyektin mansardında baş vermiş yanğın genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində çay evi kimi fəaliyyət göstərən ümumi sahəsi 220 kvadratmetr olan ikimərtəbəli obyektin mansardının yanar konstruksiyaları 110 kvadratmetr sahədə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.
#Hacıqabul teqi istifadə olunub
- Qardaş bacı qatili oldu | Hacıqabulda dəhşətli qətl - Baku TV
- Hacıqabulda 19 yaşlı xanım qətlə yetirildi - Baku TV CANLI
- Hacıqabulda ağır qəza | Sərnişin avtobusunun aşma səbəbi nədir? - Baku TV
- "Bilmədim necə oldu" | Hacıqabulda ağır qəza: "Gördüm ki, idarə edə bilmirəm" - Baku TV
- Hacıqabulda fərdi yaşayış evi yanaraq külə döndü | "Evdən bir gəlin və uşaq çıxıb" - Baku TV
