Hacıqabulda qəzada həlak olan məktəblilərin yaxınları fəryad edir
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 20-də Hacıqabul rayonunda iki məktəblinin ölümü ilə nəticələnən ağır avtomobil qəzasının təfərrüatı məlum olub.
1985-ci il təvəllüdlü Rafail Şirəliyev kirvəsi olduğu 2008-ci il təvəllüdlü Məhəmməd Şamo oğlu Abuşovun doğum günü ilə əlaqədar 2010-cu il təvəllüdlü oğlu Əliyar Şirəliyevi, Məhəmmədi və onun kiçik qardaşı, 2014-cü il təvəllüdlü Pənah Abuşovu “Toyota Pirius” markalı avtomobilinə əyləşdirərək yaşadığı Abdulabad kəndindən yaxınlıqdakı Qarasu kəndinə dönər yeməyə aparırmış.
Saat 21 radələrində avtomobil Abdulabad kəndindən Bakı-Qazax magistralına doğru hərəkətdə olarkən yağışlı hava şəraitində idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücünün oğlu Əliyar, eləcə də doğum günü olan Məhəmməd hadisə yerində ölüb. 9 yaşlı Pənah və sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
#Hacıqabul teqi istifadə olunub
- Qardaş bacı qatili oldu | Hacıqabulda dəhşətli qətl - Baku TV
- Hacıqabulda 19 yaşlı xanım qətlə yetirildi - Baku TV CANLI
- Hacıqabulda ağır qəza | Sərnişin avtobusunun aşma səbəbi nədir? - Baku TV
- "Bilmədim necə oldu" | Hacıqabulda ağır qəza: "Gördüm ki, idarə edə bilmirəm" - Baku TV
- Hacıqabulda fərdi yaşayış evi yanaraq külə döndü | "Evdən bir gəlin və uşaq çıxıb" - Baku TV
