Pleyeri seçin:
Hacıqabulda yanğın baş verdi: ölənlər var
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabulun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında baş verən güclü yanğın nəticəsində beş nəfər həyatını itirib, daha iki nəfər xəsarət alıb.
Yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla beş nəfər – 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.
Yanğın zamanı müxtəlif dərəcəli xəsarətlər alan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın söndürülüb.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Kopyalandı
#Hacıqabul teqi istifadə olunub
- Qardaş bacı qatili oldu | Hacıqabulda dəhşətli qətl - Baku TV
- Hacıqabulda 19 yaşlı xanım qətlə yetirildi - Baku TV CANLI
- Hacıqabulda ağır qəza | Sərnişin avtobusunun aşma səbəbi nədir? - Baku TV
- "Bilmədim necə oldu" | Hacıqabulda ağır qəza: "Gördüm ki, idarə edə bilmirəm" - Baku TV
- Hacıqabulda fərdi yaşayış evi yanaraq külə döndü | "Evdən bir gəlin və uşaq çıxıb" - Baku TV
