Həkim deyir ki, səni tanımıram! - Körpənin atası dəhşətli hadisədən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 21-də Sumqayıt Perinatal Mərkəzində qeydə alınan körpə ölümünün təfərrüatı məlum olub.
Körpənin atası Elsevər Quliyev bildirib ki, Siyəzən rayonunda doğulan uşağın ağciyərində problem olduğundan Sumqayıt şəhər 1 saylı doğum evinə göndərilib.
Onun sözlərinə görə, körpəsi doğum evinə köçürüldükdən sonra da həkimlə mütəmadi əlaqə saxlayıb. Körpənin həkimi isə hər şeyin qaydasında olduğunu bildirib. Lakin bir həftədən sonra həkim körpənin atasına mesaj yazaraq uşağın vəziyyətinin yaxşı olmadığını deyib.
“Xəstəxanaya çatanda gördüm ki, həkim yoxdur. Zəngimə də cavab vermədi. Daha sonra növbəsi olmadığı üçün gələ bilməyəcəyini dedi. Uşaq ölənə qədər xəstəxanaya gəlib çıxmadı”, – E.Quliyev söyləyib.
Məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, körpə Sumqayıt Perinatal Mərkəzə yenidoğulmuşun tənəffüs çatışmazlığı diaqnozu ilə köçürülüb. Anamnezə görə ana hamiləliyi dövründə ağır qrip keçirib və terapevt onu müalicə edib:
“Körpədə tənəffüs çatışmazlığı olduğundan tənəffüs aparatına qoşulub, müayinə edilib və protokola uyğun müalicə aparılıb. Reanimasiya və intensiv terapiya tədbirlərinə baxmayaraq, uşaq tənəffüs və poliorqan çatışmazlığı səbəbindən həyatını itirib”.
#Körpə ölümü teqi istifadə olunub
- Körpəni öldürdü, meyiti tualetin quyusuna atdı | Naxçıvanda dəhşətli cinayət - 24 SAAT
- Əkiz körpələr nədən öldü? | Faciənin yaranma səbəbləri nədir? - Baku TV
- Xaçmazda azyaşlı avtomobildə həyatından oldu | "Yolu keçə bilməyiblər"
- Astarada 10 aylıq körpə nədən dünyasını dəyişdi?
- Siyəzəndə biraylıq körpənin müəmalı ölümü | Nənəsi fəryad etdi, həkim isə...
