Pleyeri seçin:

Hərbçi qohumunu qətlə yetirən şəxs hakim qarşısında | Detallar açıqlandı

27 avqust 2024 512 baxış

Bakıda xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov təqsirləndirilən şəxsin 18 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Zərərçəkənin hüquqi varisi isə öz növbəsində hakimdən oğlunun qətlində ittiham olunan Yusif İsmayılova daha ağır cəza verilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili isə müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin yekun iclası sentyabrın 10-na təyin edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin yanvarında paytaxtın Səbail rayonunda baş verib. 1993-cü il təvəllüdlü Yusif İsmayılov şəxsi münasibətlər zəminində xalası oğlu 1995-ci il təvəllüdlü Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb. Yusif İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Etibar Fətəliyev Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, göstərdiyi şücaətlərə görə, “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 512 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 512 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 512 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 512 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 512 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 512 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 512 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 512 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 512 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 512 baxış
Seçilmişlər
icon