Pleyeri seçin:
Heydər Əliyev prospektində ağır qəza | Hərəkət dayandı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Qəza zamanı “Toyota” və iki “KIA” markalı avtomobil toqquşub. Ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur. Qəza nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
Qeyd olunub ki, yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.
Kopyalandı
#Heydər Əliyev prospekti teqi istifadə olunub
- Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV
- Heydər Əliyev prospektində ağır qəza
- Zülmətə qərq olan prospektdə gizli təhlükə | Faciə riski ilə üz-üzə | NECƏ OLMALIDIR?
- Heydər Əliyev və Babək prospektlərinin kəsişməsində hansı dəyişikliklər edildi? - Diqqətli olun!
- Hərəkətin təşkili faciəyə səbəb ola bilər | Təhlükə yaradan kəsişmə - NECƏ OLMALIDIR?
