Hikmət Vəliyev Azərbaycana ekstradisiya edildi | Baş Prokurorluq məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq axtarışda olan şəxsin Ukraynadan ölkəmizə ekstradisiyası təmin olunub.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Vəliyev Hikmət Xanlar oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş prokurorunun Ofisi tərəfindən təmin edilib.
Belə ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Vəliyev Hikmət Xanlar oğlunun Cinayət Məcəlləsinin 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Hikmət Vəliyev Ukraynanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
#Baş Prokurorluq teqi istifadə olunub
- Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV
- Bakıda Azərbaycan və Rusiya baş prokurorlarının ikitərəfli görüşü keçirildi - Baku TV
- “Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır” | İƏT-ə üzv dövlətlərin rəsmiləri Bakıda
- İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi
- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV
