Hindistanda ən çox axtarılan şəxsin aqibəti bilindi | O, ilk cinayətkardır ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il Bakıda həbs edilən hindistanlı kriminal avtoritet Mayank Sinqh yaxın günlərdə ölkəsinə ekstradisiya ediləcək.
Bu barədə Hindistan mediası məlumat yayıb.
Qeyd olunub ki, proseslə bağlı Hindistanın Antiterror bölməsinin üç əməkdaşından ibarət qrup Azərbaycana gəlib.
Məlumata görə, Mayank Sinqh Hindistana avqustun 22-23-də təhvil veriləcək.
Azərbaycan bu ilin mart ayında Carkhand ştatının ən çox axtarılan cinayətkarı, Sunil Mina kimi tanınan Mayank Sinqhin Hindistana ekstradisiyası qərarını təsdiqləyib. Hindistanın Antiterror bölməsi İnterpol vasitəsilə Azərbaycana Mayank Sinqhin cinayətkar fəaliyyətinə dair inandırıcı sübutlar təqdim edib ki, bu da onun ekstradisiyası barədə qərarın qəbul edilməsini tezləşdirib.
Mayank Sinqh Carkhand ştatından xaricdə həbs olunan və barəsində ekstradisiya qərarı verilən ilk cinayətkardır. Uzun müddət idi ki, İnterpol kriminal avtoriteti "qırmızı bülleten"lə axtarışa vermişdi. Onun geniş kriminal tarixçəsi var.
