Pleyeri seçin:

İki nəfəri qətlə yetirən Arif haqqında yeni detallar üzə çıxdı | 23 yaşlı gəncə hansı cəza verildi?

25 noyabr 2024 510 baxış

Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən 23 yaşlı Arif Bəhərçiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən son prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qeyd edək ki, dövlət ittihamçısı bundan əvvəlki prosesdə Arif Bəhərçiyevin ömürlük azadlıqdan məhrum edilməsini təklif edib. Hadisə 2023-cü il dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən iaşə obyektlərindən birində baş verib. 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2001-ci il təvəllüdlü Arif Bəhərçiyevin icarədar olduqları kafedə yaranan mübahisə zamanı Namiq Orucov və Ramil Səfərova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, cinayəti törədən Arif Bəhərçiyev həmin kafenin icarədarının oğludur, öldürülən şəxslərlə kafedə bir yerdə çalışıblar. Hadisə Arifin həmin kafedə kababçı ilə söhbət edən anasını yanına çağırmasından sonra baş verib. Onun çağırışına məhəl qoymamasından hiddətlənən Arif anasını döyərkən kababçı Namiq Orucov araya girib.

Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Arif Bəhərçiyev mübahisə zamanı mətbəx bıçağı ilə kababçıya və onları ayırmağa çalışan Ramil Səfərova zərbələr endirib. Hər iki şəxs aldığı xəsarətlərdən elə hadisə yerində keçinib.

Arif Bəhərçiyev qətli törətməkdə şübhəli şəxs kimi saxlanılıb, barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs qətimkan tədbiri seçilib.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 510 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 510 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 510 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 510 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 510 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 510 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 510 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 510 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 510 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 510 baxış
Seçilmişlər
icon