İki şəxs ağır maddə ilə hakim qarşısına çıxarıldı | Məhkəmədə nələr baş verdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək saxlanılan Zaur Əsgərov və Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra vəkillər müvəkkillərinin ev dustaqlığına buraxılması və proses zamanı təqsirləndirilən şəxslərin onlarla yanaşı oturaraq prosesdə iştirak etmələri ilə bağlı vəsatətlərlə çıxış ediblər.
Prokuror onlar barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə etiraz etsə də, digər vəsatəti məhkəmənin mülahizəsinə buraxıb. Qısa müşavirədən sonra təqsirləndirilənlər barədə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsa da, onların proses zamanı vəkillərinin yanında əyləşməkləri ilə bağlı qərar açıqlanıb. Cinayət işi məhkəmə baxışına verilərək növbəti proses mayın 15-nə təyin edilib.
#Cinayət işi teqi istifadə olunub
- Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV
- Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Xalq artistinin kürəkəni hansı əməldə ittiham olunur? - Cinayət işinin təfərrüatları - Baku TV
- Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə hansı ittihamla həbs edildi? - Baku TV CANLI
