Pleyeri seçin:

İkisi də narkotik qəbul edirdi, amma... | Bakıda tələbənin qətlinin detalları

13 avqust 2024 295 baxış

2023-cü il iyunun 24-də Bakı şəhər sakini 20 yaşlı Hikmət Kərimov bıçaq yaraları ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb və orada həyatını itirib. Onun bədən səthində 3 ədəd bıçaq yarası aşkar edilib. Zərbələr onun sol ağciyərini və qarnını zədələyib.

KİV-də yayılan məlumatlara əsasən, vəfat edən Hikmət Kərimov İdman Akademiyasının 2-ci kurs tələbəsi olub. Bir-iki ay əvvəl telefon alqı-satqısı mağazasında işləməyə başlayıb. Polis həmin gecə hadisəni törətməkdə şübhəli bilinən Bakı sakini 18 yaşlı Fateh Məmmədovu saxlayıb. Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla müəyyən edilib ki, iyunun 23-ü saat 22 radələrində Fateh Məmmədov İsmayıl Hidayətzadə küçəsində tanışları ilə birlikdə dayanan zaman Hikmət Kərimovun ərazidən keçdiyini görüb. Bir gün əvvəl aralarında yaranmış sözlü mübahisə zamanı Kərimovun ünvanına işlətdiyi söyüşü bəhanə edərək, ona dayanmasını bildirib. Üzərində gəzdirdiyi məişət təyinatlı bıçağı çıxarıb, ictimai yerdə tanışının bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirib. Bu hərəkəti ilə Fateh Məmmədov zərərçəkmişi qəsdən öldürüb.

İş üzrə dindirilmiş Fateh Məmmədov bildirib ki, qonşuluqda yaşayan Hikmət Kərimovla münasibəti yaxşı olub. Hər ikisi narkotik vasitələrdən istifadə edib. Axırıncı dəfə Hikmətlə hadisədən bir gün əvvəl, saat 23 radələrində məhəllədə görüşüb. Marixuana çəkəndən sonra narkotik vasitənin qalan hissəsini öz cibinə qoyub. Hikmət bunu hörmətsizlik kimi qəbul edərək, onu söyüb, çıxıb getməyini tələb edib və boğazından tutub, itələyib.

İyunun 23-də Hikmətlə görüşərək, söhbətə aydınlıq gətirmək istəyib. Evdən çıxanda mətbəx bıçağını götürüb. Hikmətin saat 22 radələrində işdən evə gəldiyini bildiyi üçün təxminən 1 saat onun yaşadığı məhəllənin girişində dayanıb. Hikmətin gəldiyini gördükdə bıçağı çıxarıb üzərinə gedib və ona zərbələr vurub. Tanışları araya girib onları ayırmağa çalışıblar. Hikmət əlindən çıxaraq qaçıb, ancaq qısa məsafədən sonra yerə yıxılıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi İlham Kərimov ifadəsində göstərib ki, oğlu Hikmət idmançı olub, heç vaxt narkotik vasitələr qəbul etməyib. Mümkün deyil ki, o, Fateh Məmmədova narkotik maddə versin və aralarında bununla bağlı dava baş versin.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışlamadığını və ona qanunamüvafiq cəza təyin edilməsini xahiş edib.

Son sözündə Fateh Məmmədov əməlindən peşman olmasını bildirib. Lakin sonrakı peşmanlığı fayda verməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum olunub. 

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 295 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 295 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 295 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 295 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 295 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 295 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 295 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 295 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 295 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 295 baxış
Seçilmişlər
icon