İllər öncəki hadisə cinayətə səbəb oldu | Orbubadda dəhşətli qətl
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 13-də Ordubad rayonunun Unus kəndində bıçaqlanma hadisəsi qeydə alınıb.
Araşdırmalarla 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğlunun qisas motivi ilə həmkəndlisi 1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədullah oğluna bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
B.Rəsulov şübhəli şəxs qismində tutulub. İlkin məlumata görə, uzun illər öncə İbrahim Tağıyev Bəxtiyar Rəsulovun dayısını qətlə yetirib və məhkumluq həyatı yaşayıb.
Məhkumluq həyatından sonra bir müddət Türkiyədə yaşayan İbrahim Tağıyev kəndə qayıdıb və Bəxtiyar Rəsulov tərəfindən bıçaqlanaraq öldürülüb.
Faktla bağlı Ordubad rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
#Ordubad teqi istifadə olunub
- "Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV
- Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV
- Oğlunun ölüm xəbərinə dözməyən ana rəhmətə getdi | Naxçıvanda faciə - Baku TV CANLI
- Oğlunun ölüm xəbərinə ana ürəyi tab gətirmədi | Naxçıvanda faciəvi hadisə - Baku TV
- Ordubadda Novruz bayramı belə qeyd edilir - Baku TV
