Pleyeri seçin:

İnstaqrama görə arvadını qətlə yetirdi

07 may 2023 133 baxış

2021-ci ildə Fəridə Qasımovanın əri Ehtibar Qasımov tərəfindən qətlə yetirilməsi barədə Suraxanı Rayon Prokurorluğuna məlumat daxil olub.

Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. F.Qasımovanın bədənində 7 ədəd bıçaq yarası aşkar edilib.

E.Qasımov 2020-ci ilin yay aylarında Fəridədən şübhələnib, qəflətən yataq otağına keçəndə, qadın “Instagram”dan çıxa bilmədiyi üçün ekranda “Həsən” adlı profili və həmin oğlanla ikisinin birlikdə şəkillərini görüb. Fəridə ona guya şəkilləri montaj etdiyini və həmin oğlanı tanımadığını deyib.

2021-ci il yanvarın 30-u gecə saat 1 radələrində Ehtibar Qasımov özünə aid mobil telefonda Fəridə Qasımovanın “Instagram” şəbəkəsində “Qaqaş Seyfəlov” adlı profildəki şəxslə yazışdığını görüb və buna görə onu döyüb.

“Instagram” hesabının kodunu soruşanda arvadı bunu söyləməyib. Bu zəmində onu öldürmək məqsədilə yumruq və təpik zərbələri ilə bədən xəsarətləri yetirib. Mətbəxdən bıçağ götürdüyünü görən qadın evdən çölə qaçsa da, onun bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib.

İş üzrə dindirilmiş E.Qasımov bildirib ki, yoldaşının şəxsi mobil telefonu olmadığından sosial şəbəkələrə onun telefonundan daxil olub. O, sosial şəbəkədə arvadının yazışdığı şəxsi tanımadığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Qasımov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 133 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 133 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 133 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 133 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 133 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 133 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 133 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 133 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 133 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 133 baxış
Seçilmişlər
icon