Pleyeri seçin:

İnternetdə bacısının şəklini görən qardaş namus qatili oldu | SONUNCU ŞAHİD

05 iyul 2024 189 baxış

Oğul bacısını əxlaqsız yola sövq edən anasını qətlə yetirib.

Belə ki, Sərdar (Adlar şərtidir) rayondan Bakıya – anası Mənzərin işlədiyi kafeyə gəlir və ona bacısı Aynurun əxlaqsız yola düşdüyünü öyrəndiyini deyir. O, anasından bacısının yerini soruşur.

Mənzər isə qızının yerini deməkdən imtina edir və Sərdara bildirir ki, onların həyatına qarışmasın. Sərdar kafenin yaxınlığında dayanıb anasını izləməyə başlayır.

Başa düşür ki, anası Mənzər ona yalan danışır və bacısı haqqında həqiqəti gizlədir. Mənzər Sərdarın bir xəta törədə biləcəyindən qorxduğu üçün Aynura zəng edir və Sərdarın Bakıya gəldiyini, onu axtardığını deyir.

O, qızına da diqqətli olmağı tövsiyə edir. Həmin gün Sərdar həmyerlisi Fəraməzin yanına gəlir və qalmağa yerinin olmadığını deyir. Fəraməz yaşayış massivində nəzarətçi işlədiyi yerdə gecələmək üçün ona yer verir. Sərdarın beyninə bacısı və anasının əxlaqsızlıqla məşğul olması haqqında ağlasığmaz fikirlər gəlir.

Qərara gəlir ki, nə olursa-olsun, bu gün bacısını tapmalıdır. Mənzər həmin gecə yata bilmir, ona görə də səhər Aynurun çalışdığı gözəllik salonuna gedir və ona “Aynur, bir neçə gün işə getmə, deyəsən, Sərdar dəli olub, o gün dəli kimi danışırdı. Səni də, məni də öldürəcək, bilirəm” deyir.

Aynur ona sakit olmağı, bu gün işdən tez çıxacağını, başqa yerə gedib gizlənəcəyini deyir. Aynur tələsik işini bitirib çıxmaq istədiyi an Sərdar zala daxil olur. O, Sərdarı görən kimi yerində donub qalır.

Qardaşına “Gəl, başqa yerdə danışaq, vəziyyət sənin bildiyin kimi deyil” deyəndə Sərdar “Sən pozğunsan, tanışlıq saytında kişilərlə yazışırsan, onlarla görüşürsən, səni öldürəcəyəm” cavabını verir və bacısının boğazından yapışır.

Aynur Sərdara artıq 1 ay olar ki, bütün pis əməllərdən uzaqlaşıb salonda işləməyə başladığını deyir və bundan əvvəl bütün əxlaqsız əməllərə onu anası Mənzərin sövq etdiyini bildirir. Sərdar bacısına inanır və anasının yanına gedir.

O, əsəbi halda iti addımlarla Mənzəri izləyir və yaşadığı binaya girərkən anasını yaxalayır. Mənzər Sərdardan onu bağışlamasını xahiş edir. Lakin Sərdar heç nəyə məhəl qoymur, özü ilə gətirdiyi bıçaqla ard-arda zərbələr endirərək anasını qətlə yetirir.

Banner
“Pis adam deyildi, amma...” | 49 yaşlı kişinin meyiti harada tapıldı? - Baku TV

“Pis adam deyildi, amma...” | 49 yaşlı kişinin meyiti harada tapıldı? - Baku TV

Hadisə
28 oktyabr 2026 189 baxış
Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Hadisə
28 oktyabr 2026 189 baxış
Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Hadisə
28 oktyabr 2026 189 baxış
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 189 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 189 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 189 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 189 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 189 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 189 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 189 baxış
Seçilmişlər
icon