İranlı ilə əlbir işləyən şəxsin planı pozuldu | Lənkəranda əməliyyat
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin daha bir üzvü – əvvəllər məhkum olunmuş Kamran Abdullayev Lənkəran şəhərində saxlanılıb.
Ondan 61 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, narkotiklərin satışında istifadə edilən bank kartı və tərəzi aşkarlanıb.
Araşdırmalar zamanı məlum olub ki, K.Abdullayev şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotiklərin gətirilməsini və qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
#Narkotik əməliyyatı teqi istifadə olunub
- Bakı, Gəncə və Sumqayıtda keçirilən tədbirlər zamanı yeddi nəfər saxlanıldı - Baku TV CANLI
- Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI
- Astara gömrük postunda əməliyyat keçirildi | Yük maşını saxlanıldı - Baku TV CANLI
- Polis cinayətkar şəbəkələrə qarşı genişmiqyaslı əməliyyat keçirib, yüzlərlə şəxs tutulub
- DİN-dən eyni anda 4 rayonda əməliyyat - Baku TV CANLI
