Pleyeri seçin:

İşlətdiyi kafedə elə qətllər törətdi ki... | Detallar ortaya çıxdı, hökm oxundu

17 yanvar 2025 558 baxış

2023-cü ilin dekabrın 31-də Biləcəri qəsəbəsində 2 nəfər qətlə yetirilib.

Hadisə Dəmiryol Stansiyasının ərazisində yerləşən kafedə baş verib. Cinayəti törədən Qax sakini, əvvəllər məhkum olunmayan 22 yaşlı Arif Bəhərçiyev saxlanılıb.

Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, dekabrın 31-i saat 23 radələrində Arif Bəhərçiyev ailəsi ilə birgə işlətdikləri kafedə bir qədər spirtli içki qəbul edib. Uzaq qohumları Namiq Orucovun kafenin həyətyanı sahəsində, manqalın yanında anası ilə söhbət etdiyini görüb.

Atası İlfan Bəhərçiyev anasını içəri çağıranda qadın buna məhəl qoymayıb. Buna görə də Arif anasının saçından tutub və onu arxaya itələyib. Sonra mübahisə genişlənib və kafenin içərisində davam edib. Həmin vaxt içəri daxil olan Namiq Orucov ona irad bildirib, Arif isə N.Orucovun hərəkətindən daha da qəzəblənib.

Masanın üzərindən bıçağı götürüb üzərinə getdikdə Namiq kafedən çölə qaçmaq istəyib. Giriş qapısının yanına çatıb, bıçaqla bir dəfə zərbə vurub.

Yaralanan Namiq Orucov birtəhər kafedən küçəyə qaçıb. Arxasınca gedib, ona xəsarətlər yetirib. Ramil Səfərov mane olmağa çalışanda eyni bıçaqla onun da döş qəfəsinə zərbə endirib. Bu hərəkəti ilə Arif Bəhərçiyev zərərçəkmişləri qəsdən həyatdan məhrum edib.

Məhkəmə iclasında Arif Bəhərçiyev ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, Ramil Səfərova bıçaq zərbəsi vurması yadında deyil. Ramili vurmadığını bildirəndə müstəntiq ona yanıldığını və Namiqdən sonra ona da zərbə endirdiyini deyib.

Zərərçəkmiş Gülnurə Bəhərçiyeva ifadəsində oğlunun Namiq Orucova bıçaq zərbəsi endirməsinə inanmadığını bildirib və məhkəmədən bu məsələni obyektiv araşdırmasını xahiş edib. Prokuror məhkəmədən Arif Bəhərçiyevə ömürlük cəza təyin edilməsini istəyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Dilarə Tağıyeva və Gülbəniz Orucova təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş ediblər. Son söz hüququndan istifadə edən Arif Bəhərçiyev qəsdən adam öldürmə maddəsi ilə ona aşağı həddə cəza, xuliqanlıq maddəsi ilə isə bəraət verilməsini, mərhumların analarının tələb etdikləri mülki iddiaların rədd edilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arif Bəhərçiyev 20 il müddətinə azadlıqdan məhrum olunub.

Banner
Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
05 noyabr 2026 558 baxış
Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Hadisə
05 noyabr 2026 558 baxış
Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Hadisə
05 noyabr 2026 558 baxış
Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Hadisə
05 noyabr 2026 558 baxış
“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

Hadisə
04 noyabr 2026 558 baxış
Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 558 baxış
ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

Hadisə
04 noyabr 2026 558 baxış
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 558 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 558 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 558 baxış
Seçilmişlər
icon