İsmayıllı - Lahıc yolu açıldı? | Təhlükəli ərazi barədə xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib.
Bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 26-sı axşam saatlarından başlayaraq İsmayıllıya yağan leysan xarakterli yağış nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun bir neçə ərazisində hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb.
Dərhal əraziyə Agentlik tərəfindən canlı qüvvə və texnika cəlb edilərək təhlükəsizlik tədbirləri görülüb, yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün işlər aparılaraq hərəkət bərpa olunub. Hazırda lil və qaya parçalarının yolun hərəkət hissəsindən təmizlənməsi işləri davam etdirilir.
#Selin fəsadları teqi istifadə olunub
- "Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV
- Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV
- "Uşaq o yanda qalıb, ana bu yanda" | Sel dəhşət yaşatdı | "Az qala balamı sel aparacaqdı" - Baku TV
- Tovuzda güclü yağışdan sonra gələn sel fəsadlar törədib - Baku TV CANLI
- Güclü seldən sonra dəhşətli vəziyyət | Tovuzda kənd mərkəzdən “ayrıldı” - Baku TV
