Pleyeri seçin:
İsmayıllıda avtomobil yoldan çıxaraq aşdı | DİN-dən açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 22-də saat 2 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin sürücüsü Orxan Rəhimlinin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Nəticədə sərnişinlər – 2000-ci il təvəllüdlü Səfər Rəşidov hadisə yerində və həmyaşıdı Şükür Şükürlü isə xəstəxanada vəfat edib. Sürücü və daha bir sərnişin isə xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Kopyalandı
#Qurbanəfəndi kəndi teqi istifadə olunub
