Kabel oğrusu ələ keçdi | Polisdən Hacıqabulda əməliyyat
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki müxtəlif küçələrdə rabitə dirəklərindən ümumi dəyəri 10 000 manat olan 1750 metr kabel oğurlayan rayon sakini, əvvəllər oğurluq və narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş və hazırda törətdiyi sonuncu cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Ələm İbrahimov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxs cari ilin yanvar-fevral ayları ərzində gecə saatlarında rabitə dirəklərindən kommunikasiya kabellərini kəsərək tərkibində olan əlvan metalları metal qəbulu məntəqələrindən birinə satıb və əldə etdiyi pulla özünə narkotik vasitə alıb. Kabellərin bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Bundan başqa, saxlanılan şəxsdən narkotik maddə – heroin də aşkarlanıb.
Hazırda onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.
#Hacıqabul teqi istifadə olunub
- Qardaş bacı qatili oldu | Hacıqabulda dəhşətli qətl - Baku TV
- Hacıqabulda 19 yaşlı xanım qətlə yetirildi - Baku TV CANLI
- Hacıqabulda ağır qəza | Sərnişin avtobusunun aşma səbəbi nədir? - Baku TV
- "Bilmədim necə oldu" | Hacıqabulda ağır qəza: "Gördüm ki, idarə edə bilmirəm" - Baku TV
- Hacıqabulda fərdi yaşayış evi yanaraq külə döndü | "Evdən bir gəlin və uşaq çıxıb" - Baku TV
